Azərbaycan Qızıl Aypara Cəmiyyəti müvafiq maarifləndirici işlərə davam edir. AzQAC-ın əməkdaşları ilə yanaşı könüllüləri də maarifləndirmə işlərində iştirak edirlər. AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev və İnformasiya şöbəsinin müdir müavini Xalid Xəlilov tərəfindən əhalinin sıx hərəkət etdiyi yerlərdə,kafelərdə,marketlərdə COVİD19 virusunun yayılmaması ilə bağlı Beynəlxalq Federasiya və AzQAC-ın çap etdiyi davranış və gigyenik qaydalar haqqında bukletlər paylanmış,əhaliyə preventiv tədbirlərlə bağlı şifahi məlumatlar verilmişdir. Xüsusilə, taksi fəaliyiəti ilə məşğul olan sürücülərə yaşlı insanlarla təmas zamanı diqqətli və həssas olmaları tapşırılmışdır. Cəmiyyətin start verdiyi bu aksiya davamlı xarakter daşıyır.
Ответить
Переслать