Koronavirus pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmasını nəzərə alaraq, bununla mübarizə məqsədilə dövlətlər tərəfindən zəruri addımlar atılır. Azərbaycan hökuməti də öz vətəndaşlarnı bu virusdan qorumaq məqsədilə təxirəsalınmaz və çevik tədbirlər həyata keçirir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına uyğun olaraq adı gedən virus ilə mübarizə məqsədilə AzQAC-nin Pirallahı rayon bölməsinin əməkdaşları yaşlı insanlara evlərində humanitar yardım etdi.