Birgə əməkdaşlıq etdiyimiz “SOCAR Polymer”MMC-nin , təşkilatçığı ilə bölmənin qeydiyyatında olan 180 nəfər tənha-kimsəsiz ahıllara bayram sovqatları paylanıldı. SOCAR Polymerin məsul işçisi bu tədbirdə iştirak edərək rəhbərliyin salamlarını çatdırıb ahillarımızın Novruz bayramlarını təbrik etdi .AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovada bu dəfə də müraciətimizə biganə qalmamış təşkilatçılara öz adından , ahıllar adından təşəkkür və minnətdarlığını bildirdi. Bayram əhval-ruhiyyəsində olan ahıllar Novruz bayramında onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını və xoş arzularını bildirdilər. Daha sonra bölmənin qeydiyyatında olan yataq xəstələrinə bayram sovqatları bölmənin könüllüləri tərəfindən evlərinə aparıldı. Bu bayram da bizə dəstək olan təşkilatçılara “Paşa Sığorta” və”Paşa Həyat Sığorta” ASC-lərinin,Ordubad marketin rəhbərliklərinə dərin təşəkkürlərimizi bildiririk. Ümumilikdə bu bayram da 430 nəfər ehtiyaclı ahıllar sevindirildi.