AzQAC-nin Baş Ofisində Cəmiyyətin prezidenti, Millət vəkili Dr.Novruz Aslanovla BQXK-nin Bakıdakı nüməyəndəliyinin rəhbəri xanım  Yelena Aymone Sessera, BQX və QAC  Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyin  başçısı Olga Cumayeva, BQXK-nin əməkdaşlıq üzrə məsul şəxs Rasim Allazov və Qx/QAC Federasiyasının Tiflis ofisində Sağlamlıq kordintoru Nana Tsanava sosial şəbəkə vasitəsilə mövcud  Covid19 virusnun problemlərindən və humanitar sahədə ki, vəziyyət müzakirə olundu.

Online görüş zamanı cənab Novruz Aslanov ilk öncə İtaliyada və İspaniyada bu virusdan dünyasını dəyişmiş vətəndaşlara və Milli Qızıl Xaç komitəsinin könüllülərinə baş sağlığı verdi vrə bunu eyni zamanda rəsmi qaydada artıq hər iki ölkənin Milli Qızıl Xaç komitəsinin rəhbərlərinə göndərildiyi online görüş iştirakçılanın nəzərinə çatdırıldı.

Daha sonra cənab Novruz Aslanov  AzQAC-nin humanitar sahədə dövlətə yardımçı rolunu oynayan bir təşkilat kimi virusla mübarizə sahəsində bir sıra addımların artıq atıldığını bildirdi.Bildirdi ki, həm əhali arasında virusa yoluxmama qorunma yolları  kimi  maarifləndirmə sahəsində həmdə Martın 23-də  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  yaradılmış Operativ Qərargahın  Xüsusi karantin rejimin tələblərinin və   Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə alaraq 65 yaşdan yuxarı insanlara evlərində sosial və humanitar yarımların göstərilməsindən danışdı.Eyni zamanda həm AzQAC-nin əməkdaşlarının həmdə könüllərin virusla mübarizə sahəsində görülmüş işlərin statistikasını online görüş iştirakçılarının nəzərinə çatdırdı.

Daha sonra həm BQXK-nin həmdə BQX və QAC  Federasiyasının rəsmiləri bu sahədə Milli Cəmiyyətə dəstək olacaqlarını bildirdilər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.