Nazirlər kabineti yanında operativ qərərgahın qərarına əsasən insanları maarifləndirmə məqsədi ilə AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları könüllüləri ilə birgə böyük marketlərdə,şəhərin müxtəlif yerlərində buklet və braşuralar paylamış,maarifləndirici plakatları marketlərin qarşısına yapışdırmış,əhali ilə maarifləndirici söhbət aparmışdılar. Sumqayıt DTV kanalının cəkiliş qrupuna müsahibə verən bölmə sədri Mətanət Məhərrəmova fürsətdən istifadə edərək,insanları bir daha zərurət olmadığı halda küçələrə çıxmamağa, evdə qalmağa və bununla da özlərini, əhatələrini qorumağa səsləmişdi.