Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyada baş verən koronavirus pandemiyası ilə mübarizədə mümkün imkanları səfərbər edərək tənha və kimsəsiz insanları evlərində humanitar yardımların çatdırılıması işini davam etdirir.Belə ki, Milli Cəmiyyət həmin humanitar yardımların təşkilini həm daxili imkanların həmdə əməkdaşlıq etdiyi hüquqi və fiziki şəxslərin dəstəyi ilə həyata keçirir.Bu humanitar aksiyanın baş tutmasında Bravo marketlər şəbəkəsinin göstərdiyi dəstəyi xüsusi qeyd etmək lazımdır.Marketlər şəbəkəsinin bütün filiallarında xüsusi arabalar ayrılmış, bu marketin xidmətindən istifadə edən insanlar kömək məqsədilə aldıqlaı ərzaq paylarını bu arabalara yerləşdirirlər.Toplanan yardımlar ümumi qaydada qablaşdıralaraq ehtiyaclı ünvanlara çatdırılır.Göstərdiyi hərtərəfli dəstəyə və yaradılan şəraitə görə AzQAC Bravo marketlər şəbəkəsinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirir.