2020 ci il mart ayının 11 dən dən dünyada , COVİ-19 xəstəliyinin yayılması, pandemiya elan olunmuş və bütün ölkələrdə (Azərbaycan daxil olmaqla) xəstəliyin yayılmamasına dair geniş tədbirlər həyata keçirilir. AzQAC-in “icmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində (karantin qaydalarına riayyət edərək), işçi heyyəti və könüllülər üçün COVİD-19 bağlı təhlükəsiz davranış və pandemiya zamanı psixi sağlamlığın qorunmasına dair onlayn seminar və vebinarlar, ahıl və ehtiyaclı insanllara humanitar yardımların paylanması həyata keçirir. 2020 ilin yanvar ayından AzQAC-in Mingəçevir, Gəncə və Lənkaran Regionlara daxil olan Rayon Bölmələrinin işçi heyyəti və könüllülərin iştirakı ilə “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Regional Mərkəzlər və Rayon Bölmələrin nümayyəndələri və könüllülərlə mütəmadi onlayn şəklində görüşlər təşkil olunur. Belə ki, aprel ayının 11-13, 17-də Lənkaran, Gəncə və Mingəçevir RM üçün İlk görüş COVİD-19 pandemiyasına həsr edilmişdir və xəstəliyin tibbi və psixososial aspektləri geniş şəkildə təqdim olunmuşdur. Təqdimatlar AzQAC-n İcraçı Katibinin müavini, layihənin rəhbəri Səbinə Məhbubi-iran, İcraçı Katibinin müavini Şaban Şayev və “İcmaya əsaslanan sağlamlıq proqramı”- nın kordinatoru Mətanət Qaraxanova tərəfindən aparılırdı. İştirakçılara görüş boyu ən vacib olan evdə qalmaq, bütün tövsiyyələrə riayyət etmək mesajlar səsləndi. Bu görüşlər zamanı hər bir iştirakçıya həyata keçirilən fəaliyyətlər barədə məlumatı təqdim və hamı ilə müzakirə etməyə imkan yaradılır.
Aprel ayının 17-də Abşeron RB-bin sədri Fazilə Hüseynovanın təşkilatçılığı və dəstəyilə dəstəyilə ehtiyaclı ailələrə humanitar yardım paylanılmışdır. “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən isə ailələrə COVİD-19 profilaktik tədbirlər barədə və pandemiya zamanı psixi sağlamlığın qorunmasına dair tövsiyyələr vermişdir.