Koronovirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində elan olunmuş karantin rejimi ilə əlaqədar ahıl yaşlı və digər ehtiyaclı insanlar tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə edilən müraciətlər diqqətlə araşdırılaraq mümkün imkanlar daxilində cavablandırılır.Cəmiyyətin rəhbərliyinin müvafiq tapşırıgına əsasən edilən müraciətlər operativ olaraq araşdırılır,ehtiyaclı insanlar müəyyən edilərək onlara humanitar yardımlar çatdırılır.