AzQAC tərəfindən həyata keçirilən uğurlu fəaliyyətlərdən biri könüllü təmənnasız qan donorluğunun inkişafına dair fəaliyyətləri qeyd etmək olar. Bu fəaliyyətlər Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyası kimi nüfuzlu təşkilatın ölkələrdə könüllü təmənnasız qan donorluğunun inkişafı siyasətinə əsaslanaraq həyata keçirilir. Bugün ölkədə AzQAC-ti könüllü təmənnasız qan donorluğun təbliğində təcrübəli təşkilat kimi tanınır və aparıcı rol oynayır. Bugün AzQAC ”Azərbaycanda könüllü qan donorluğunun inkişafı” layihəsi çərçivəsində həyata keçirilən əhali arasında könüllü, mütəmadi qan donorluğunun təbliğatı ilə yanaşı, keçmiş Sovet İttifaqı dövrdə mütəmadi qan verən insanlarla görüşlər təşkil olunaraq, onlara diqqət və qayğı göstərilir.
Belə ki, AzQAC-in prezidenti cənab Novruz Aslanovun təşəbbüsü ilə təşkil olunan növbəti görüş Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasında baş tutdu. Bu görüş, keçmiş Sovet İttifaqı dövründə Qızıl Xac/Ayparanın Fəxri fərmanlar, “Piroqov” medalı, SSSR-in Fəxri donoru və digər mükafatlara layig görülən, kafedrada 43 il müəllim işləyən, dosent Bayramov Adil Qudrət oğlunun 70 illlik yubileyi ilə əlaqədar idi. Kafedrada təşkil edilən tədbirə AzQAC-in əməkdaşlarından İcraçı katibin müavini Ceyhun Mirzəyev, “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova və Azərbaycan Tibb Universitetinin Qızıl Aypara Komitəsinin sədri Şahrud Əhmədov qatılaraq yubilyarı Cəmiyyətin prezidenti Novruz Aslanov tərəfindən imzalanan Fəxri Fərmanı təqdim etdilər.
Yubilyar Azərbaycan Qızıl Aypara Cəmiyyətini, ümumilikdə, Beynəlxal Qızıl Xaç/Aypara Hərəkatını çox sevdiyini və bu hərəkata sadıq, mütəmadi humanitar fəaliyyətlərin təşkilində öndə gedənlərdən olduğunu bildirdi. Həyatı boyunca o, qan verərək insanların həyatını xilas etməsi və özünün digər təşkilatçılığı ilə humanitar fəaliyyətlərinin saysız hesabsız olduğunu qeyd etmişdir.
Sonda Adil müəllim AzQAC-nin prezidenti , millet-vekili Novruz Aslanova və onun rəhbərlik etdiyi Cəmiyyətin bütün əməkdaşlarına minnətdarlığını bildirdi.