Bildiyiniz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədlərindən biri də yaşa uyğun HİV\QİÇS ilə bağlı biliklərin təmin edilməsi, gənclərə zəkalı qərarların qəbul edilməsində kömək, HİV\QİÇS – in qarşısını almaq üçün sağlamlıqla bağlı davranışın inkişafıdır.
Bununla əlaqədar olaraq, 26-30 sentyabr 2015-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin HİV\QİÇS üzrə şəbəkəsinin (ERNA)18-ci görüşü keçirildi.
Görüşün əsas məqsədlərindən biri Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin HİV\QİÇS üzrə şəbəkəsinin (ERNA) təşkilati işlərinə baxılması idi. Belə ki, ERNA-nın strategiyasının yeniləşdirilməsi, gələcəkdə maliyyə mənbələrinin tapılması, yeni sədrin seçilməsi idi. Qeyd olunan işlərlə əlaqədar nümayəndələrdən ibarət qrup işləri təşkil olunmuş, yazılan sənədlərin qaralama variantları işlənilmişdir. Ümumilikdə 52 nəfərin iştirakı ilə 27 ölkənin nümayəndələri təmsil olunmuşdu.
Sonda ERNA-ya yeni prezidentin seçilməsi təklifi irəli sürüldü və yeni sədr İtaliya Qızıl Xaçının nümayəndəsi Maasimo Barra, müavini isə Latviya Qızıl Xaçının Baş Katibi Uldiz Likone seçildi.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini isə İcraçı Katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova təmsil edirdi