Dünyada koronavirus pandemiyası ilə bağlı Beynəlxalq Vərəmlə mübarizə təşkilatları vərəmlə mübarizə tədbirlərinin məs pandemiyailə mübarizəyə yönnəldilən fəaliyyətlərinin keçirilməsini tövsiyyə etdilər. Buna əsasən AzQAC “İcmaya əsaslanan sağlamlıq” Beynəlxalq Qızıl Xaç və Aypara Cəmiyyətləri Federasiyası, Norvec Qızıl Xaç Cəmiyyətinin dəstəyilə COVİD-19 və vərəmlə mübarizə ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Az.Respublikası Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində yüzlərlə Aktiv Vərəm, Dərmanlara Davamlı Vərəm və Geniş Dərmanlara Davamlı Vərəmli xəstələr xüsusi vərəm xəstəxanalarında müalicə proqramlarına cəlb olunublar.
Belə ki, AzQAC-in növbəti tədbir bu insanlara sosial yardımın paylanılması olmuşdur. 28 aprel və 5 may tarixində Mərdəkan qəsəbəsində yerləşən 9 saylı Xüsusi Ağciyər Xəstəlikləri Xəstəxanası, Sumqayıt Vərəm Xəstəxanasında müalicə olunan xəstələrə humanitar yardım təşkil olundu. Humanitar yardımlar Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və “Miqrasiya” şöbəsinin mütəxəssisi Sona Hacıyeva tərəfindən təqdim edilirdi. Onlar xəstələrlə söhbət bedib, müalicələrinin uğurlu bitməsini arzuladılar. Bununla yanaşı, onlara COVİD-19 ilə bağlı maarifləndirici tövsiyyələr səsləndirilib, xüsusi hazırlanan vərəqələr paylanıldı.
Xəstəxanada xəstələrə xidmət göstərən tibb bacıları bu yardımı təşkil edənlərə təşəkkürlərini bildirdilər. Bununla yanaşı ay ərzində digər kateqoriyalı (ahıl və ehtiyacı olanlar) insanlara humanitar yardımların paylanışı təşkil olundu.