8 May BQX və QA hərəkatının ildönümü münasibəti ilə Az.QAC Sumqayıt şəhər bölməsinin könüllüləri və əməkdaşları bu gününü qeyd etdilər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsindən dünya Qızıl Xaç və Qızıl Aypara heyətlərinə alqışlar etdilər və bildirdilər ki, bu pandemiyayla mübarizəniz qəhrəmanlıqdı. Daha sonra COVİD-19 pandemiyası ilə mübarizədə həm əhalinin maarifləndirməsi,və həm də 65 yaşından yuxarı qeydiyyatımızda olan tənha,atılmış ahıllara evlərində ərzaq bağlamalarının paylanılmasında daha aktivlik göstərən könüllülərimizə bölmə sədri Mətanət Məhərrəmova tərəfindən sertifikat və hədiyyələr ilə təqdim olundu.BQX və QA hərəkatının banisi Anri Dunanın şəkilini əks etdirən tort könüllülər ilə birgə kəsilərək,şirniyat süfrəsi ətrafında maraqlı gün kecirildi. Əziz həmkarlar,Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara gününüz mübarək!