DSCN0031

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Iran Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlıq davam edir

 

01 oktyabr 2015-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rəsmi dəvəti ilə İran Qızıl Aypara Cəmiyyətinin Gənclər Təşkilatının Başçısı Dr. Masoud Həbibi, Cəmiyyətin Tibb və Əczaçılıq kompleksinin əməkdaşları və İran QAC-nin Azərbaycandakı Nümayəndəliyinin Başçısı Dr. Subhani AzQAC-nin qonağı oldular.

Azərbaycan Qızıl Aypara Cəmiyyətini Cəmiyyətin Vitse-prezidenti  Ramazan Sultanov, İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova təmsil edirdilər.

Milli Cəmiyyətin Vitse-prezidenti  Ramazan Sultanov qonaqları qarşılayaraq, iki Milli Cəmiyyət arasında uzun illərdən bəri davam edən əməkdaşlıq münasibətlərindən və humanitar fəaliyyətlərindən danışdı.

Söhbətlər zamanı qeyd olundu ki, artıq 2001-ci ildən bir -birinə dəstək olan cəmiyyətlərin əməkdaşlığı Bakıda açılan Klinikanın vasitəsilə daha da genişləndi. Klinikanın vasitəsilə və AzQAC-nin vasitəçiliyi ilə yüzlərlə aztəminatlı, zavallı ailələrin üzvlərinə mütəxəssislər tərəfindən müvafiq müanələr və məsləhətlər verildi. Eyni zamanda İran QAC-nin yeni əməkdaşlıq istiqamətinə görə təcrübə və biliyə arxalanaraq AzQAC-nin potensialının inkişafına dair dəstəyin olmasının artıq təməli qoyulub.

Gənclər Təşkilatının Başçısı Dr. Masoud Həbibi öz növbəsində AzQAC-ə gəldiyindən və qurulmuş münasibətlərdən məmnun olduğunu bildirərək bir sıra sahələrdə məsələn gənclərlə və könüllülərlə iş üzrə və onlara dair fəaliyyətlərin genişlənməsi sahəsində, yol təhlukəsizliyi sahəsində və s. münasibətlərin daha sıx olmasını arzuladı. İran QAC-nin digər nümayəndə heyyətinin üzvləri tərəfindən daha iki sahəyə sağlamlıq və təbii fəlakətlərdə olunan köməyə diqqət yetirildi ki, AzQAC-nin əməkdaşları tərəfindən bir sıra açıqlamalar təqdim olundu.

AzQAC-ın İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran qurumun sağlamlıq, ilk yardım, yol təhlükəsizliyi, gənclər və könüllülər sahəsində gördüyü fəaliyyətlərdən, layihə və proqramlardan məlumat verdi. Eyni zamanda O, bu istiqamətlərdə artıq təcrübəsi olan İran QAC-nin dəstəyinə və mütəxəssislər arası bilik və bacarıqların bölüşməsinə zərurət olduğunu bildirdi.

Sonda hər iki Milli Cəmiyyətlərin nümayəndələri qurumların arasındakı əməkdaşlıqdan məmnun olduqlarını bir daha vurğulayaraq, bu sıx əməkdaşlığın gələcəkdə də birgə humanitar fəaliyyətlər, yeni maraqlı layihələr naminə davam etdirmək istədiklərini bildirdilərDSCN0021 DSCN0023 DSCN0031

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.