Az.QAC Unicef təşkilatı ilə birgə Covid-19 pandemiyası ilə mübarizə mövzusunda birgə maarifləndirici işlər həyata kecirir. Maarifləndirmə tədbirləri respublikanın bir cox rayon və şəhərlərdə və həmcinin Sumqayit şəhərində də kecirilməsi planlaşdırılıb. Bu məqsədlə AZ.QAC-ın İcracı direktorun müavini,Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova Sumqayit şəhər bölməsinin könüllüləri ilə 2 günlük treninq kecirdi.Treninqdə görüləcək maarifləndirmə işləri və sorguların aparılması,ehtiyaclı ailələrin siyahısının hazırlanması,gigiyenik ləvazimatların həmin ailələrə catdırılması barədə Xalidə xanım İsgəndərova geniş məlumat vermişdi. Unicef tərəfindən hazırlanan buklet və braşuraların kateqoriyalar arasında paylanılması könüllülərə izah edilmişdi.Treninqdə iştirak edən könüllülərə digər könüllü yoldaşlarına da aldıqları məlumatların çatdırılması tövsiyyə olunmuşdu.Treninqin sonunda könüllülərə maarifləndirici buklet və braşuralar paylanılmışdı.