IMG_20200518_102241

Covid-19 bağlı maariflənmə davam edir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  və UNICEF ilə birgə Covid-19 bağlı müvafiq maarifləndirici fəaliyyətlər davam etməkdədir.  Belə ki, may ayın 18-də  Azərbaycanda yaşayan 10 əfqan ailəsi (uşaq və valideynlər) ilə maarifləndirici görüş (Covid-19 yoluxma təhlükəsi baxımından ailələrlə açıq havada, qoruyucu maskalarla və məsafə saxlamaq şərtilə) keçirilmişdir. Görüş AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsinin mütəxəssisi, miqrantlara azərbaycan dili müəllimi Sona Hacıyeva tərəfindən təşkil olunmuşdur. M.Qaraxanova uşaqların  COVİD-19  lə bağlı bilik və səviyyəsini  öyrənmək məqsədilə onlara bir neçə sual səsləndirdi.  Qeyd etmək lazımdır ki, uşaqların əksəriyyəti  bu virusun xəstəlik yaratdığını və bəzi əlamətlər barədə məlumatlıdır. O, uşaqlara UNICEF tərəfindən COVİD-19  dair hazırlanan kitabçalarda yazılan  mətn və rəsmləri nümayiş etdi. Valideynlər isə uşaqlarla bu haqda çox söhbət etmədiklərini bildirdilər. Bununla bağlı,  uşaqlara  və valideynlər üçün əyani vəsaitlər yerinə düşdü. Uşaqlara bu kitabçaları oxumaq və orada təsvir edilən tapşırıqları evdə yerinə yetirmək tövsiyyə olundu. Valideynlərə isə xüsusi hazırlanan tövsiyyələr və məsləhətlər səsləndirildi. Sonda  könüllülər tərəfindən görüşdə iştirak edənlərə kitabçalar paylanıldı. Bu kimi maarifləndirmə tədbirlər davam ediləcəkdir.IMG_20200518_102241 IMG_20200518_102809 IMG_20200518_102811 IMG_20200518_102816 IMG_20200518_102915 IMG_20200518_102925 IMG_20200518_103017

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.