İlk öncə adından göründüyü kimi könüllülük ürəkdən gələn bir hisdir. Elə bir hiss ki, sən bunun müqabilində heç nə tələb etmirsən. Gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hislərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hislərin birlikdə təzahür edir.Könüllülük hadisəsinə istər Azərbaycan xalqının tarixində, istərsə də adət-ənənələrin də tez-tez rast gəlirik. Könüllülük mərhəmət, əli açıqlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heçşübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır. İməcliklərlə bir-birinin evini tikən, torpağını şumla yan ataların, toplaşıb birlikdə təmizlik işləri görən anaların övladları olaraq, biz bu gün bütün dünyada böyük vüsət almış könüllülük hərəkatının öncülləri sırasına qədər gəlmişik. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili “Könüllülər İli” elan etmişdir. Həmin sərəncamda göstərildiyi kimi Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini daim yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bütün dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyasının qarşısının minimum itkilərlə alınmasında Cənab Prezidentin könüllərə etdiyi müraciət qısa zaman ərzində öz töhfəsini vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına cavab olaraq koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarınıntəşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilmişdir. 18 könüllü hərəkatın bütün könüllüləri bir hədəf üzrə əmək sərgiləməyə başlamış, ölkəmizdə öz üzərinlərinə düşən bütün işlərin öhdəsindən layiqincə gəlmişlər və pandemiya dövründə bacardıqlarını könüllü olaraq etməyə hazır olduqlarını bildirmişlər. Bir fəal rayon gənci olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsinin fəaliyyətinə dəstək məqsədilə, eyni zamanda öz potensialımı ortaya qoymaq və bacarıqlarımı nümayiş etdirmək, ən əxsus isə xalqıma, dövlətimə təmənnasız xidmət etmək məqsədilə mən də könüllülük fəaliyyətinə qoşulmuşam. Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi müddətində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsi tərəfindən ahıl insanlara, kimsəsizlərə və maddi imkanı zəif olan ailələrə ərzaqların, tibbi ləvazimatların paylanılması özümə örnək götürərək mən də qeyd olunan aksiyada fəal iştirak etmişəm. Bunu da xüsusilə qeyd etmək istərdim ki, həyatda maddiyyat heç də əsas önəm kəsb eləmir, əsas ruhumuz yaşasın! İlimiz uğurlu olsun əziz könüllülər!
Heydərli Yaqub Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin Könüllülsü.