P1120134

Əhalinin Covid-19 bağlı maarifləndirilməsi davam edilir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  və UNICEF ilə birgə Covid-19 bağlı müvafiq maarifləndirici fəaliyyətlər davam etməkdədir.  Belə ki, may ayın 25-də və 28-də Bakı şəhərində əhalinin (xüsusilə uşaq və valideynlərinin) maarifləndirilməsi məqsədilə təbliğat yönümlü görüşlər (Covid-19 yoluxma təhlükəsi baxımından ailələrlə açıq havada, qoruyucu maskalarla və məsafə saxlamaq şərtilə) keçirilmişdir.  AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən Bakı şəhəri Dərnəgül qəsəbəsində məskunlaşan qaçqın ailələrdən olan 20 ana və uşaq və zorakılığa məruz qalan qadın və uşaqlar üçün sığınacaqda yaşayan 10 qadın və 25 uşaqlarla görüşlər təşkil olunmuşdur. M.Qaraxanova ana və uşaqların COVİD-19 ilə bağlı bilik səviyyələrini  öyrənmək məqsədilə onlara bir neçə sual səsləndirmişdi. O, UNICEF tərəfindən COVİD-19  dair hazırlanan əyani vəsaitləri nümayiş etdi. Məlum olur ki, valideynlərin əksəriyyəti  uşaqlarla COVİD-19 haqqında  necə söhbət etdikləri barədə məlumatlı deyildilər.  Bununla bağlı,  valideynlər onlara və uşaqlara belə əyani vəsaitlərin paylanılmasının yerinə düşdüyünü  səsləndirmişlər. Görüşdə iştirak edən uşaqlara kitabçaları oxumaq və orada təsvir edilən tapşırıqları yerinə yetirmək tövsiyyə olundu. Valideynlərə isə COVİD-19 dair hazırlanan tövsiyyələr və məsləhətlərlə olan kitabçalar təqdim edildi.  Sonda  görüşlərdə iştirak hər bir uşağa kitabçalar paylanıldı. Maarifləndirici fəaliyyət Azərbaycanın bir çox şəhər və rayonlarda həyata keçirilməsi davam edilir.IMG-20200520-WA0037 (1) IMG-20200520-WA0044 IMG-20200529-WA0025 P1120070 P1120071 P1120081 P1120134 P1120144

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.