1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü – Bayramınız mübarək əziz uşaqlar! KitabGəzər layihəsi tərəfindən həyata keçirilən #100qəhrəman kampaniyası çərçivəsində Tərtər rayonuna Qurbanova Fatma tərəfindən 100 kitab göndərilmişdir. Göndərilən kitablar “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəznində fəaliyyət göstərən “Avrasiya Təhsil Mərkəzində” təhsil alan fiziki məhdudiyyətli şagirdlər və kənd sakinləri ilə bölüşülmüşdür. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Könüllüləri Heydərli Yaqub, Nəcəfova Tünzalə, Azərbaycan Gənclərinə Dəstək Programının, Layihə Koordinatoru Vəliyev Fariz , Tərtər rayon Regional Koordinatoru Məmmədli Kamran, Tərtər rayon Məşvərət Şurasının Üzvləri Məmmədli Rövşən və Xuduzadə Leyla iştirak etmişdir.