05.06.2020-ci ildə AzQAC-nin Tərtər rayon bölməsinin Fövqaladə Mobil Könüllü Dəstənin aylıq görüşü keçirildi. Tədbirdə Tərtər rayon bölməsinin sədri Etibar Heydərov və bölmənin könüllüləri ilə yanaşı, BQXK Bərdə Yarım Sub Nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik və Əməkdaşlıq şöbəsinin işçisi Nailə Hüseynli iştirak etdilər. Ay ərzində Mobil dəstənin gördüyü işlər müzakirə edilərək, növbəti ay üçün görüləcək işlər planlaşdırıldı. Görüşdə könüllər Covid-19 pandemiyası ilə əlaqədar gördükləri işlər haqda müzakirələr etdilər.