foto (20)

Az.QAC Sumqayıt şəhər bölməsində Fövqaladə Mobil Könüllü Dəstənin aylıq görüşü keçirildi

Fövqaladə Mobil Könüllü Dəstənin aylıq görüşü 9 İyun 2020-ci il tarixində bölmənin ofisində keçirildi.Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul işcisi Lyudmila Şepelyova, BQXK-nin Sağlamlıq Departamentinin əməkdaşı doktor Tərlan Ağayev və Az.QAC-ın proqram koordinatoru Nigar Rüstəmzadə görüşdə iştirak edirdi.AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları və mobil dəstənin üzvlərini salamlayaraq görüşün məqsədi barədə danışaraq,məlum pandemiya səbəbi ilə bir necə aydı təxirə salınan aylıq görüşün səbəbini açıqlayaraq,3 ay müddətində bölmənin və könüllülərin Covid-19-la mübarizə dövründə gördüyü işlər barədə məlumat vermək üçün sözü bölmənin təlimatçısı, Mobil Könüllü Dəstənin üzvü Lalə Cəlilzadəyə verdi. Lalə bölmənin bu 3 ay müddətində 1311 nəfər 65 yaş üstü ahıl insanlara evlərində edilən humanitar yardım və ümumiyyətlə şəhərin müxtəlif yerlərində keçirilən maarifləndirmə tədbirləri barədə,1 iyun Uşaqların Müdafiəsi Günü dənizkənarı parkda keşirilən tədbirlər barədə məlumat verdi. FMKD lideri Jalə Nəzərli görülən işlərin efektindən, ahılların məmnunluğundan,onlara göstərilən psixoloji durum barədə danışdı.Daha sonra doctor Tərlan Ağayev İlk yardımla bağlı konüllüləri maraqlandiran suallara ətraflı cavab verdi.Sonda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən gətirilən müasir tipli ilk yardım üçün nəzərdə tutulmuş moniken bölməyə təqdim olundu.102925188_580881715905061_5597401576049085019_n foto (11) foto (18) foto (20) foto (25) foto (30) foto (58) foto (72) foto (75)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.