IMG_2112

Azərbaycan dili kursunun 3-cü tədris ili başladı

”Miqrasiya təbii prosesdir, onun qarşısını almaqolmaz və heç almaq da lazım deyil və ümumən, müsbət xarakter daşıyır. Dünyada mqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir.” Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu sözlər bu gün də cox aktualdır. Doğrudan da heç bir xalq, heç bir ölkə sabah üçün miqrant olmamaqdan sığortalanmayıb. Dünya miqrasiya tarixinin təcrübəsi sübut edir ki,öz ölkəsini tərk edən insanlar bir qayda olaraq iqtisadi cəhətdən yüksək səviyyəyə çatan dövlətlərinə üz tuturlar. Artıq 2000-ci ildən Azərbaycana da miqrant axını başlayıb. Respublikamızda miqrasiya sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi ilə ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Son illərdə bütün Milli və Beynəlxalq bayramlarda AzQAC Miqrasiya şöbəsi müxtəlif tərəfdaş şirkətlərin (xüsusilə Azpetrol, Azersun,Ulduz şirniyyat fabriki,12 May şirkəti, Kapital Bank və s.) dəstəyi ilə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış yerli və əcnəbi qaçqın və miqrantlara humanitar yardımlar edir (ərzaq bağlamaları), rayon və qəsəbələrdə, qaçqın şəhərciklərində və Bakı şəhərində kompakt halda yaşayan məcburi köçkünlərə ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları, gənclərlə tədbirlər və s. təşkil edir.

2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, artıq 3-cü ildir ki, əcnəbi miqrantlara HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kursa hər tədris ili ərzində xeyli sayda müdavim qatılmış və ilin sonunda 32-35 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir.

AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 1-də müqrantlar üçün HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 3-cü tədris ilinin açılışını etdi. Açılışı giriş sözü ilə QQGM-in meneceri Zəminə Səfərova edərək qonaqları, miqrantları və icma liderlərini salamladı. Açılışda  AzQAC Miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın  Katibi Məmməd Kətanov, müəllimə Sona Hacıyeva, işçi qrupun üzvü, Tibbi layihələr koordinatoru Mətanət Qaraxanova, Gənclər və Könüllülər şöbəsinin müdiri, İcraçı Katibin müavini Xalidə İskəndərova, Yerli bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Proqram rəhbəri Migena Tane, proqram assitenti Yelena Vəliyeva, digər təşkilatlardan bəzi sosial işçilər  və icma liderləri iştirak edirdi.

Zəminə xanım ötən kursdan çox razı qaldıqlarından, onun miqrantların cəmiyyətə inteqrasiyasında böyük  rol oynadığı, sosial həyatlarında yardımçı olduğundan danışaraq AzQAC rəhbərliyinə – şəxsən cənab Novruz Aslanova, bu kursun ərsəyə gəlməsində böyük əməyi keçmiş Miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın  Katibi Məmməd Kətanova, müəllimə Sona Haciyevaya, işçi qrupun üzvü, Tibbi layihələr koordinatoru Mətanət Qaraxanovaya öz adından və həmçinin HAYAT təşkilatı rəhbərliyi adından təşəkkürlərini bildirdi. Zəminə xanım söylədi ki, onlar AzQAC-la bu əməkdaşlıqdan çox məmnun qalıblar, dərsin səviyyəsi həm təhsil işçiləri, həm də müdavimlərin ürəyincə olub.

HAYAT təşkilatının təhsil işləri üzrə koordinatoru Fuad Məmmədov söhbətə qatılaraq kursun bu ilki ugurlarından və müsbət nəticələrdən danışaraq dedi ki: Təhsil Nazirliyi və Bakı şəhər təhsil idarəsi nümayəndələri bu ilki test nəticələrindən və müəllimə Sona Hacıyevanın işindən çox razı qalıblar. Belə ki, bu il çox sayda məktəbyaşlı miqrant Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müvafiq siniflərinə qəbul olunublar. AzQAC-ın nümayəndələri bir-bir söz alaraq layihənin humanist məramından, onun müdavimlərə köməyindən, gələcək planlardan, görüləsi tədbirlərdən söz açaraq bu şəraiti yaratdığına və hər zaman bu kursa lazımi dəstək verdiyinə görə HAYAT təşkilatı rəhbərliyinə, o cümlədən, Zəminə xanıma minnətdarlıqlarını bildirdilər. Xanım Migena Tane miqrantlara bu şəraitin yaranmasını və onlara belə qayğıkeş münasibətin yaradılmasını onlar üçün bir xoşbəxtlik olduğunu bildirdi və xoş atmosferdən razı qaldğını dilə gətirdi.

Müəllimə Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq ilk tanışlıq dərsinə başladı. Dərsdə ilkin olaraq 27 müdavim iştirak etdi və onlara dərs ləvazimatı paylandı və onlar şirniyyat süfrəsinə dəvət olundular.

Dərsdən sonra Zəminə Səfərova, Məmməd Kətanov, Sona Hacıyeva, Mətanət Qaraxanova hər iki humanist təşkilatın uğurlu əməkdaşlığından, onun saf və xeyirxah məramından, gələcəkdə birgə görüləcək bir çox işlərdən danışdılar. Gənclər və Könüllülər şöbəsinin müdiri, İcraçı Katibin müavini Xalidə İskəndərova Mərkəzdə  miqrant gənclərlə silsilə tədbirlər keçirilməsini planlaşdırdıqlarını və növbəti tədbirin oktyabrın 7-də olacağını diqqətə çatdırdı. Təklif Zəminə xanım və icma liderləri tərəfindən çox böyük razılıqla qarşılandı.

Tədbir əvvəldən axıra kimi maraqlı kadrlarla AzQAC-ın Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı tərəfindən lentə alındı.IMG_2081 IMG_2085 IMG_2129

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.