Bildiyimiz kimi, COVİD-19-la mübarizə çərçivəsində bütün dünya ölkələrində vətəndaş cəmiyyəti nümayəndələrinin/icmaların rolu danılmazdır və göz qabağındadır. Ölkəmizdəki cari vəziyyətlə bağlı maarifləndirmə işlərinin aparılması üçün, eyni zamanda İİV və Vərəm proqramlarının icrasında COVİD-19 infeksiyasının zərərinin azaldılması istiqmətində dövlət strukturları ilə yanaşı QHT-lərin də üzərinə çox böyük məsuliyyət düşür. Bununla bağlı, ölkədə İİV/QİÇS və Vərəm istiqamətində fəaliyyət göstərən QHT-lər bu prosesdə heç bir köməklərini əsirgəmirlər.
Hal-hazırda, COVİD-19 pandemiyasının ölkəmizdə yayılmasının artdığını və vəziyyətin gərgin olduğunu nəzərə alaraq, QHT sektorunun bu virusla mübarizədə rolunun artırılması və dövlət müəssisələri ilə birgə fəaliyyət göstərməsi üçün möcvud boşluqlar/problemləri müzakirə etmək məqsədilə iyun ayının 30 dövlət müəssisələrinin (AzRespublikası Səhiyyə Nazirliyi, TƏBİB, Ədliyyə Nazirliyinin Tibb Xidməti və s.) nümayyəndələrinin iştirakı ilə AzRespublikası Səhiyyə Nazirliyinin nəzdində Beynəlxalq Tibbi Proqramlar üzrə Ölkə Əlaqələndirici Komissiyası, Vərəm AİDS və Malyariya ilə mübarizə Qlobal Fondun Nümayyəndəliyi tərəfindən onlayn görüş keçirilmişdir. İştirakçılar ölkədə mövcud olan vəziyyətlə bağlı və bu sahədə həyata keçirilən fəaliyyətlər barədə məlumatları təqdim etdilər. Rastlaşan problemləri vurğulayıb, açıq şəkildə səsləndirilmişlər və onların həlli istiqamətində bir sıra təkliflər və tövsiyələri irəli sürmüşlər. Ölkə üçün pandemiya şəraitdə bu çox böyük əhəmiyyət daşıyır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva iştirakçılara COVİD-19 pandemiyasının ilk günlərindən başlayaraq ölkədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumatları geniş şəkildə çatdırdılar. əhali arasında COVİD-19 pandemiyasının psixi sağlamlığa olan mənfi təsiri ilə mübarizə tədbirlərinin, içtimai dəstək qruplarının yaradılması və təşkil olunması kimi təklifləri irəli sürmüşlər.