Əvvəlki illərdən fərqli olaraq bu Qurban bayramı Covid-19 pandemiyası dövrünə təsadüf etdiyi ücün ahılların və digər bu qəbildən olan insanların diqqət və qayğıya ehtiyacı daha coxdur. Hər il olduğu kimi bu il də Müqəddəs “Qurban Bayramı”münasibəti ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərimizin müxtəlif təşkilat və cəmiyyətlərinin qeydiyyatında olan ailələri və həmcinin AzQAC Sumqayıt şəhər bölməsinin ahıllarını da unutmadı.Bölmənin qeydiyyatında olan 220 ehtiyaclı ailələrə ərzaq bağlamaları və qurban əti göndərildi. Ahıllar bu cətin karantin dövründə onları diqqətdə saxlayan şəhər rəhbərliyinə və AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz dərin minnətdarlıqlarını və xoş arzularını bildirdilər. Eyni zamanda AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova da bölmənin qeydiyyatında olan ahıllara göstərilən diqqət üçün öz adından və çox saylı ehtiyaclılar adından şəhər icra hakimiyyətinin başcısı cənab Zakir Fərəcova minnətdarlığını bildirdi. Allah kəsilən qurbanları, edilən duaları qəbul elesin.Müqəddəs Qurban Bayramınız Mübarək! 28.07.2020