Əvvəlki illərdən fərqli olaraq bu Qurban bayramı Covid-19 pandemiyası dövrünə təsadüf etdiyi ücün ahılların və digər bu qəbildən olan insanların diqqət və qayğıya ehtiyacı daha coxdur. Hər il olduğu kimi bu il də SOCAR Polymer MMC AzQAC Sumqayıt şəhər bölməsinin ahıllarını unutmadı.Bölmənin qeydiyyatında olan 137 ehtiyaclı ailələrə ərzaq bağlamaları və qurban əti göndərildi. Həmçinin Lactalis Caspi MMC öz istehsalları olan 120 ədəd qaymaqla ahıllarımızı sevindirdi.Bölmə sədri Mətanət Məhərrəmova ahılları bayram münasibəti ilə təbrik edərək,xoş arzularını onlara bildirdi və bu tədbirin ərsəyə gəlməsində dəstəyi olan təşkilat rəhbərliklərinə öz minnətdarlığını bildirdi. Sonra pandemiyanı nəzərə alaraq sıraya düzülən ahıllar növbə ilə öz bayram sovqatlarını alaraq, xeyir-dualarını bildirdilər. Qeydiyyatımızda olan yataq xəstələrimiz bölmə könüllüləri tərəfindən evlərində sevindirildi.Allah kəsilən qurbanlari, edilən duaları qəbul elesin.Müqəddəs Qurban Bayramınız Mübarək! 31.07.2020