IMG-20200827-WA0018

Gigiyenik vasitələr və ilk yardım çantaları cəbhəyanı rayonlarda paylanıldı

 

COVİD-19 infeksiyasının dünya ölkələri arasında sürətlə yayılmasının qarşısının alınması üçün ümümdünya səhiyyə təşkilatının tövsiyələri nəzərə alınaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti müvafiq tədbirlər və layihələr həyata keçirir. Belə ki, əhali arasında sanitar-gigiyenik qaydalara riayət olunması, yoluxma hallarının qarşısının alınması, baş vermiş halların təsirinin azaldılması və nəzarət tədbirlərinin dəstəklənməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi vacibdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti əhali arasında gigiyenik vasitələrin paylanılması işini davamlı olaraq aparılır.

Tərtər Rayon İcra Hakimiyyətinin müraciəti əsasında AzQAC cəbhəyanı ərazilərə dəstək olmaq məqsədilə 100 ədəd gigiyenik dəst və 100 ədəd ilk yardım çantası onlara təhvil verilib. Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov öz təşəkkürlərini AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanova bildirdi. Bu çətin pandemiya zamanında Tərtər rayonunda yaşayan insanlara göstərilən diqqət və qayğının təqdirəlayiq olduğunu qeyd etdi.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov, birinci müavini Ramiz Şabanov, AzQAC-ın Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, AzQAC-ın Tərtər rayon bölməsinin sədri Etibar Heydərov, AzQAC-ın Sumqayıt şəhər bölməsinin nümayəndəsi Şəhriyar Əliyev və ictimaiyyət nümayəndələri iştirak etmişlər.IMG-20200827-WA0009 IMG-20200827-WA0018 IMG-20200827-WA0020 IMG-20200827-WA0022 IMG-20200827-WA0024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.