Öz humanitar missiyasına sadiq qalaraq AzQAC-ın Ağdam rayon bölməsinin əməkdaşları və xüsusi hazırlanmış Fövqəladə Mobil Könüllü dəstələri sərhədyanı kənddə mülki şəxslərin evakuasiya edilməsinə köməklik göstərir.
Ağdam rayonunda düşman Cenevrə konvensiyalarının müvafiq maddələrinin tələblərini kobud şəkildə pozaraq mülki şəxslərə qarşı qanunsuzluqlar törədiblər.AzQAC-nin Ağdam RB-nin əməkdaşları və 12 nəfər könüllü olmaqla mülki əhalini təxliyə edib və təxliyə olunan sakinlərə çörək və su yardımı ediblər .