Az.QAC Suraxanı RB-si qarşıdan gələn 01 oktyabr “Ahıllar Günü” münasibətilə ehtiyacı olan tənha və ahıl insanlara yardım göstərdi. Rayon ərazisində yaşayan 50 nəfəri sevindirdik. Tənha qocaları, əlilləri, aztəminatlı ahılları hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətin adından dəvət olunanlara bir daha “COVİD-19″ virusunundan qorunma qaydaları haqqında söhbət apardı və onlara bukletlər paylanıldı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.