IMG-20201002-WA0011

Azərbaycan Qızıl Aypara Cəmiyyəti növbəti operativ müşavirə keçirdi

         AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanovun başçılığı ilə oktyabr 2-də cəmiyyətin baş qərargahında respublikada mövcud vəziyyətlə bağlı növbəti müşavirə keçirilib. Müşavirədə cəbhəyanı rayonlarımızda həyata keçirilən humanitar əməliyyatlar barədə son durum məruzə edilib. Mülki əhaliyə humanitar yardımların edilməsi, onlara zəruri qida, gigiyenik vasitələrin çatdırılması sahəsində AzQAC-ın yerli işçi heyətinin və mobil könüllü dəstələrinin fasiləsiz olaraq gördüyü işləırin statistikası müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Xüsusilə, Tərtər, Füzuli, Goranboy, Daşkəsən rayonlarında bu işlərin intensiv olaraq həyata keçirildiyi bildirilib.

Novruz Aslanov cəbhəboyu rayonlarda AzQAC-ın mandatına uyğun olaraq əhaliyə humanitar yardımların edilməsi, daha çox nəyə ehtiyacın olduğunun təhlilinin aparılması üçün müvafiq şöbələrə tapşırıqlar verdi. Yerlərdə qiymətləndirmə işlərinin davamlı olaraq aparılmasını tövsiyə etdi.IMG-20201002-WA0011 IMG-20201002-WA0003 IMG-20201002-WA0005 IMG-20201002-WA0010

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.