IMG-8151

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin növbəti yardımı

Oktabr ayının 2-də Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin(TİKA) ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə(AzQAC)  döyüş bölgəsində mobil könüllü dəstələri və Cəmiyyətin cəbhəyanı yerli bölmələri üçün ilk yardım çantalarının təqdimatı keçirilmişdir.

Tədbirdə iştirak edən Türkiyyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral çıxışında son zamanlar Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı Türkiyyə Cümhuriyyətinin mövqeyindən göstərilən və göstərilməsi nəzərdə tutulan dəstək və humanitar yardımlar barədə söz açdı.TİKA xətti ilə cəbhəyanı bölgə üçün nəzərdə tutulan zəruri dərman və tibbi ləvazimatlarla təchiz olunan 500 ədəd ilk yardım çantalarının cəbhə bölgəsində zəruriliyini vurğuladı.

AzQAC-nin vitse-prezidenti Qafar Əsgərzadə öncə Milli Cəmiyyətin prezidenti, milli məclisin deputatı Novruz Aslanovun salamlarını və təşəkkürlərini tədbir iştirakçılarına çatdırdı.

Natiq çıxışında Milli Cəmiyyətin müraciətinə dərhal reaksiya verən və qısa müddətdə ilk yardım çantalarının hazırlanmasına görə TİKA   rəhbərliyinə təşəkkürünü ifadə etdi.

Bu ilk yardım çantalarının cəbhə bölgəsində mobil könüllü dəstələr eləcə də, mülki əhali arasında olunacaq yardımın əhəmiyyətini qeyd etdi.O, həmçinin son zamanlar TİKA ilə əməkdaşlığın yüksək səviyyədə inkişafından, pandemiya zamanı vətəndaşlarımıza  humanitar  yardım göstərilməsini də xüsusi olaraq vurğuladı.

Q.Əsgərzadə son zamanlar Cəmiyyətin son zamanlar gücləndirilmiş iş rejmindəki fəaliyyətindən cəbhəyanı bölgələrdə yerli bölmə əməkdaşlarının və könüllülərinin fədaakarlığından söz açdı.

Daha sonra natiq  tədbirdə iştirakına və Milli Cəmiyyətə dəstəyə görə   səfir cənab Erkan Özorala, TİKA-nın Azərbaycandakı rəhbəri cənab Teoman Tiryakiyə bir daha təşəkkür edərək AzQAC və Türkiyə Qızıl Ay Cəmiyyəti arasındakı mövcud isti dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrindən , Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri (BQX/QAC) Federasiyasının Avropa zonası üzrə vitse-prezidenti, Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Kərəm Kınıkın  AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanova oktyabr ayının 1-də telefonla zəıng vurması və Cəmiyyətə lazımı hərtərəfli humanitar yardım göstərilməsinə hazır olduğu barədə məlumatı da, onların nəzərinə çatdırdı.

Sonda ilk yardım çantaları Milli Cəmiyyətə təqdim olundu.IMG-8142 IMG-8143 IMG-8144 IMG-8151 IMG-8156 IMG-8161 IMG-8167 IMG-8178IMG-8185

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.