IMG_20201006_115508

Azərbaycan dili kursunun 8-ci tədris ili başladı

Miqrasiya  artıq dünyanı narahat edən və eyni zamanda social-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və  gərginliyə baxmayaraq ümumən, müsbət xarakter daşıyır. Azərbaycan da artıq dünyanın sürətli inkişaf xəttinə qoşulduğu üçün artıq 2000-ci ildən Azərbaycana da miqrant axını başlayıb.

Prezident İlham Əliyev demişdir: “Azərbaycan xalqı qonaqpərvər xalqdır, ölkəmizdə aparılan quruculuq və abadlıq işləri, iqtisadiyyatdakı inkişaf miqrantları bizim ölkəyə cəlb edir və bizim miqrasiya qurumumuz hesabına elə bir idarəetmə yaratmışıq ki, miqrantlar özlərini rahat hiss etsinlər.”

Respublikamızda miqrasiya sahəsində dövlət siyasəti uğurla həyata keçirilir və digər cavabdeh qurumlarla bahəm ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də  daimi olaraq qaçqın və məcburi köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir.

2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, Cəmiyyətin prezidenti, Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 8-ci ildir ki, əcnəbi miqrantlara BMT-nin  Qaçqınlar üzrə Ali Baş Komissarlığının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur.

Kursa hər tədris ili ərzində xeyli sayda müdavim qatılmış və ilin sonunda 45-55 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva tərəfindən bu kurs yay ərzində də məktəbə hazırlıq yönümündə davam etdirilir və bunun nəticəsində bu il 58 nəfərə şəhadətnamə verilmiş və 42 nəfər miqrant uşağı yüksək sınaq göstəricisi ilə Bakı şəhərindəki məktəblərin müvafiq siniflərinəqəbul olunmuşlar.

AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 6-da müqrantlar üçün Aypara Cəmiyyətinin Bakı baş ifisində təmənnasız Azərbaycan dili kursunun 8-ci tədris ilinin açılışını etdi. Açılışı giriş sözü ilə QAC-ın vitse-prezidenti, fəlsəfə elmləri doktoru  Qafar Əsgərzadə çıxış edərək qonaqları, miqrantları və icma liderlərini salamladı və ölkəmizdəki mövcud hərbi-siyasi vəziyyəti şərh etdi.

O,  Azərbaycanın dövlətinin öz tarixi torpaqları uğrunda verdiyi bu haqq savaşının qardaş Əfqanıstan, Pakistan,Türkiyə dövlətləri tərəfindən çox ədalətlə dəstəkləndiyini və qələbə gününün çox yaxında olduğunu  vurğuladı.İcraçı katibin müavini Səbinə Məhbubi –İran miqrantları salamlayaraq ölkədə və dünyada Covid-19 pandemiyasının cəmiyyətə təsirindən və ondan qorunmağın yollarından, onlara gələcək dərslərdə də müvafiq məlumatlandırıcı söhbətlərin aparılacağından danışdı və miqrant şagirdlərə maarifləndirici vəsaitlər paylandı.Sonra Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva  kursun AzQAC prezidenti Novruz Aslanın şəxsi təşəbbüsüilə açıldığına diqqəti çəkərək kursa davamiyyət və nəticələr barədə danışdı. O, əlavə yay dərslərini və qazanılan uğurları  da  iştirakçıların diqqətinə çatdırdı.Açılışda  Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov dedi ki, bu kurs miqrantların cəmiyyətə inteqrasiyasında mühüm rol oynyır və  müdavimlərə ilboyuhumanitar yardımlarvə İran Qızıl Aypara Cəmiyyətinin ölkəmizdəki klinikasının güzəştli müayinə və müalicə kartları da verilir.Gələcəkdə də cəmiyyət bu yönümdə daha uğurlu addımlar atmağı, digər şöbələrlə müştərək seminar və görüşlər keçirməyi planlaşdırır.İcmaya əsaslanan layihələr proqramının koordinatoru, fəal ayparaçı doktor Mətanət Qaraxanova da miqrantları dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara bu imkandan istifadə etməyi və dil bacarıqlarını inkişaf etdirməyi tövsiyyə etdi.Tədbirdə Humanitar yardım şöbəsinin müdiri Əliaga Abbasov da söz alaraq miqrantlara uğurlar arzu etdi və əminliklə dedi ki, onlar Azərbaycan dilini yaxşı öyrənib Azərbaycan həqiqətlərini getdikləri hər yerdə, hamıya söyləyəcəklər.

Müəllimə Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq Azərbaycan, onun tarixi,coğrafiyası və AzQAC-ın ölkədəki yeri və fəaliyyəti haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başladı. Dərsdə pandemiya dövrünün karantin şərtlərinə müvafiq olaraq22müdavim iştirak etdi və onlara dərs ləvazimatı paylandı və şirniyyat süfrəsinə dəvət olundular.IMG_20201006_115508IMG_20201006_114945IMG_20201006_114009IMG_20201006_120130IMG_20201006_115702IMG_20201006_113614IMG_20201006_121141

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.