Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 19-21 oktyabr 2015-ci il tarixlərdə Bakı şəhəri, “Askar” oteldə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin Beynlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti seminarı keçirilmişdir. Seminarın keçirilmə məqsədi AzQAC-ın cəbhəyanı ərazilərə daxil olan rayon bölmələrinin təlimatçlarına Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatınn (Hərəkat) tarixi, məqsədi, fəaliyyətləri və s. haqqında məlumatların verilməsidir. Təlimatçıların bu sahədəki biliklərinin artırılması ona imkan verir ki, onlar da öz növbəsində çalışdıqları cəbhəyanı ərazilərdə Hərəkatın məqsədi və fəaliyyətləri barədə əhali arasında öz bilik və bacarıqlarını bölüşsünlər.
Seminarda AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, BHH və Fundamental prinsiplərin yayımı sektorunun rəhbəri Xalid Xəlilov, Icraçı katibin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, İcraçı katibin müavini, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi İran, Regional Mərkəz və Yerli bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov, İlk Yardım sektorunun rəhbəri Vurğun Həsənov, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Fandreyzinq şöbəsinin müdiri Emil Seyidəliyev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova iştirak etmişdilər. AzQAC-ın əməkdaşları çıxışları zamanı istər beynəlxalq , istərsə də yerli səviyyədə əldə etdikləri bilik və bacarıqlarını təlimatçılarla bölüşmüşdülər