Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 30 nəfər daha ehtiyaclı ahıla qurban payı verildi. Ahıllar onlara göstərilən bu diqqət ücün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə qurban payları bölmənin könüllü heyəti tərəfindən evlərində çatdırıldı.Bizdə öz növbəmizdə deyirik: Allah kəsdiyiniz qurbanı qəbul eləsin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik! 
  
  
  
  
  
  
  
  
 
 
  
  
  
  
  
  
  
  
 


 
								


