19.10.20-ci il tarixində 18 Oktyabr “Dövlət Müstəqilliyi Günü ” ilə əlaqədar olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsində tədbir keçirildi. Keçirilən tədbirə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin üzvləri, müharibə veteranları, şəhid ailələri və Qarabağ əlilləri olmaqla 50 nəfər dəvət olunmuşdu. Bütün tədbir iştirakçılarına ərzaq yardımı və son vaxtlar dünyanı bürüyən COVİD-19 virusdan qorunmaq üçün maarifləndirici bukletlər paylanıldı.
Tədbirə dəvət olunan “Müharibə Veteranları Təşkilatı”- nın sədri Eldar Rüstəmov veteranlar və öz adından Dövlətimizə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Novruz Aslanova, Az QAC Suraxanı RB Sədri Turan xanıma təşəkkür etdi.