AzQAC-ın baş ofisində qonaqları qəbul edən Milli Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov nümayəndələri ofisimizdə qarşıladığına görə məmnunluq hissi duyduğunu qeyd etdi. Belə çətin bir zamanada bir yerdə olmağımızın simvolik addım olduğunu xüsusi vurğuladı. Amalımızın eyni olduğunu deyən prezident əsas fəaliyyətimizin ehtiyaclı insanlara yardım etmək olduğunu söylədi. Hazırda AzQAC-ın fövqəladə mobil könüllü dəstələrinin və əməkdaşlarımızın cəbhəyanı ərazilərdə fəaliyyətlərini davam etdirdiklərini bildirdi. Yardımların birbaşa cəbhəyanı ərazilərdə mövcud vəziyyətdən zərəçəkən inslara göndərildiyini və yerlərdə paylanıldığını söylədi. Həmçinin, Türkiyə Qızıl Ay Cəmiyyətinin humanitar yardımlarla AzQAC-a dəstək olduğunu əlavə etdi. Qarşı tərəfin mülki əhaliyə olan hücumunun Cenevrə Konvensiyalarına və onun əlavə protokollarına zidd olduğunu deyən Novruz Aslanov bu məsələnin çox həssas olduğunu söylədi.
Prezident nümayəndələrə AzQAC-ın fəliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında qısa məlumat verdi.
Daha sonra çıxış edən ABŞ səfirliyinin Müvəqqəti İşlər Vəkili Maykl Dikerson ( Michael Dickerson) Bərdə rayonunda həyatını itirən AzQAC-ın könüllüsü üçün başsağlığı verdi. Öz humanitar missiyasını həyata keçirən könüllünün faciəvi şəkildə vəfat etməsindən çox təsirləndiyini bildirdi. AzQAC-a cəbhəyanı ərazilərdə zərərçəkən insanlara yönələn fəaliyyətlər həyata keçirdikləri üçün öz minntədarlığını xüsusi olaraq vurğuladı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə bundan sonra da öz dəstəklərini verəcəklərini söylədi.
USAİD-in Missiya Direktoru Cey Sinq (Jay Singh) öz humanitar fəliyyətlərini həyata keçirərkən qəhrəmancasına vəfat edən AzQAC-ın fövqəladə mobil könüllü dəstə üzvünə görə kədərləndiyini bildirdi. USAİD olaraq hər bir könüllünü öz ailə üzvləri kimi qəbul etdiklərini qeyd edən Singh Milli Cəmiyyətə humanitar sahədə hər cür yardım göstərəcəklərini və dəstəkləyəcəklərini xüsusi vurğuladı.