“Az.ərbaycan Gəncləri narkotiklərə yox deyir” mövzusunda 9-11 sinif şagirdləri arasında Sabunçu rayonunun 252 saylı məktəbdə 20.10.2015 il tarixində yazı müsabiqəsi keçirildi.
“ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi, Az.QAC-nin Sabunçu rayon bölməsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən məktəb və kolleclərdə güclü maarifləndirmə tədbirləri aparılır. Narkomanlığın fəsadları haqqında, yaranan xroniki intoksukasiya və psixi və fiziki asılılıq haqqında məktəblilərdə düzgün təsəvvürlərin formalaşmasında bu tədbirlərin boyük əhəmiyyəti vardır.
Yaddaşda qalan qısa video filmlər, bukletlər , prezentasiyalar və çıxışlar, müzakirələr tədbirlərin maraqlı keçməsinə köməklik etdi. Lakin gənclərimizin bu mövzuya münasibəti, onların fikirləri, yanaşmaları və təklifləri bizlər üçün çox əhəmiyyətlidir.