Nazirlər kabineti yanında operativ qərərgahın təlimatına əsasən insanları maarifləndirmə məqsədi ilə AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri ilə birgə 25,-27 noyabr tarixlərin də Sumqayıt şəhərinin müxtəlif yerlərində Covid-19-la bağlı maarifləndirmə işləri aparılmış, buklet və braşuralar, tibbi maskalar paylanılmış, maarifləndirici plakatları marketlərin qarşısına yerləşmiş və əhali ilə maarifləndirici söhbətlər aparılmışdı.Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsı tərəfindən hazırlanmış rəngli kağızlar və karandaşlar kiçik yaşlı uşaqlara bölmə könüllüləri tərəfindən təqdim olundu.İnsanları bir daha zərurət olmadığı halda küçələrə çıxmamağa,evdə qalmağa və bununla da özlərini, əhatələrini qorumağa səsləyirik. Başlanmış maarifləndirici aksiya bir neçə gün davam etdiriləcək.