IMG_20201202_100057

AzQAC-ın Koordinasiya Şurasının növbəti iclası keçirildi

Dekabrın 2-də AzQAC-ın baş ofisində Cəmiyyətin Koordinasiya Şurasının növbəti iclası keçirildi. İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov münaqişə müddətində Milli Cəmiyyətin əməkdaşlarının və könüllülərinin yüksək səviyyədə çalışdıqlarını xüsusi qeyd etdi. Həmçinin, mövcud vəziyytələ əlaqədar cəbhəyanı ərazilərdə öz humanitar fəaliyyətlərini davam etdirən könüllülərimizin əməyinə yüksək qiymət verilməsinin vacibliyini vurğuladı. AzQAC-ın prezidenti bu müddət ərzində istər BQX/QAC Federasiyasının, istərsə də Beynəlxalq Qızıl Xaç Komitəsinin AzQAC-a olan dəstəyini yüksək qiymətləndirdiyini söylədi. Həmçinin, münaqişənin ilk günlərindən başlayaraq, cəbhəyanı ərazilərdə münaqişədən zərərçəkən mülki əhaliyə dəstək olmaq məqsədilə Türkiyə Qızıl Ay Cəmiyyətinin AzQAC-a göndərdiyi yataq və mətbəx dəstlərinin önəmindən danışdı. Bu dəstəyə görə Türkiyə Qızıl Ay Cəmiyyətinə öz dərin təşəkkürlərini bildirdi. COVİD-19 ilə mübarizə çərçivəsində şəxsi təhlükəsizlik məsələsinə diqqətlə yanaşmanın vacibliyini xüsusi qeyd edən prezident pandemiya nəticəsində yoluxmanın yüksək səviyyəyə çatdığını söylədi.  Bu layihə çərçivəsində maarifləndirmə işlərinin aparılmasının daha geniş kütləyə çatdırılmasının vacibliyini  qeyd etdi.

Daha sonra çıxış edən AzQAC-ın idarə rəisi-vitse prezident Əziz Qocayev cəbhəyanı rayonlara rəhbərlik səviyyəsində təşkil olunacaq səfərin təfərrüatları haqqında ətraflı məlumat verdi.

Strateji İnkişaf Planı haqqında məlumat verən İcraçı Katib Ceyhun Mirzəyev bu sahədə fəaliyyət göstərən Komissiya tərəfindən təkliflər əsasında plana daxil olacaq yeni məqsədlərin hazırlandığını iclas iştirakçılarının diqqətinə çatdırdı. SİP-in dizaynının ilkin formasının hazırlandıqdan sonra rəhbərliyə təqdim ediləcəyini qeyd etdi. Həmçinin, cəbhəyanı ərazilərdə zərərçəkən mülki əhalinin yaşayış tərzinin yenidən bərpa olunması üçün hazırlanmış layihələrin beynəlxalq qurumlarla müzakirə edildiyini xüsusi vurğuladı. Azərbaycanda olan Federasiyanın nümayəndələrinin bu sahədə AzQAC-a dəstək olduqlarını söylədi.IMG_20201202_101716 IMG_20201202_103221 IMG_20201202_103431 IMG_20201202_105415 IMG-9339

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.