Hər il 1 Dekabr Ümumdünya AİDSlə Mübarizə Günü qeyd edilir. Dünyada insanlar İİV-infeksiyailə yaşayan, yada əlaqəli olan insanlara dəstək olmaq üçün birləşir və eyni zamanda bu xəstəliklə əlaqəli olan vəfat edənləri yada edirlər. 2020 ci ildə bütün dünyanın COVİD-19 pandemiyasına və onun insanların həyat və rifahına təsirinə yönnəldilmişdir. Bu pandemiya bir daha bizə sağlamlığın nə dərəcədə digər bərabərsizlik, insan hüquqları, sosial müdafiə və iqdisadi inkişaf kimi məqamlarla sıx əlaqli olmasını sübut etdi. Məhs buna görə bu ildə AİDS-lə mübarizə günü «Beynəlxalq həmrəylik və ümumi məsuliyyət” şüarı altında keçirilir.
BMT-n verdiyi məlumata görə, dünyada İİV-lə yaşayan insanların sayı 38 mln-dur. 25,4 mln insan antiretrovirus müalicə proqramlar çərçivəsində müalicə olunurlar. 2019-cu ildə 1,7 mln yeni yoluxma halları olmuşdur. 690 000 insan bu xəstəlikdən vəfat etmişdir. 100 mln. insana yoxsulluq baxımından səhiyyə xidmətləri əlçatan deyildir. 2018-ci ildə 84 ölkədə narkotikistifadəçilərə əvəzedici müalicə təqdim olunub. 2018-ci ildə 34 mln məktəb yaşlı qızlar orta təhsilə cəlb oluna bilmişlər.
Azərbaycanda 1 Dekabr Ümumdünya AİDSlə Mübarizə Gününün qeyd olunması ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Regional Mərkəzlər və Rayon Bölmələri vasitələrilə ölkədə həyata keçirilən sil-silə tədbirlərə cəlb olunur, maarifləndirmə kompaniyalarda fəal iştirak edirlər. Belə ki, tibb işçiləri üçün onlayn seminar təşkil edilmişdir. Seminarda Bakı, Sumqayıt, Gəncə və digər şəhər və rayonlardan pediatr, neonatoloq, ailə həkimləri (70 nəfər) iştirak etmişlər. İlin sonunadək onlayn şəkildə seminarların davam edilməsi nəzərdə tutulur.