Ənənəvi hal alan ” Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyamız məlum səbəblərdən bu il vaxtı gecikmiş olsa da ama baş tutdu. Ənənəvi donor təşkilatımız “SOCAR Polymer” bu il də siyahımıza əsasən 100 nəfər hər iki valideynini itirmiş, tək ana himayəsində olan və aztəminatlı,coxuşaqlı ailənin uşaqlarını qış geyimləri ilə sevindirdilər.Pandemiya qaydalarını nəzərə alaraq, ayrı-ayrı saatlarda dəvət olunan uşaqlara əvvəlcədən ehtiyaclarına uyğun olaraq,alınan qış geyimləri təqdim olundu.”SOCAR Polymer” MMC-nin səlahiyyətli nümayəndəsi Bakhtiyar Allahverdiyev da aksiyada iştirak edirdi.Bölmənin sədri Mətanet Məhərrəmova aksiya iştirakçılarını salamlayaraq, bu aksiyada 100 uşağı qış geyimləri ilə sevindirən ” SOCAR Polymer”in rəhbərliyinə öz adından və ailələr adından minnətdarlığını bildirdi. Bundan əlavə uşaqlara Türk Qızılayı tərəfindən hədiyyə göndərilmiş şirniyyat məmulatları da təqdim olundu. Tədbirdə iştirak edə bilməyən uşaqların isti geyimləri könüllülər tərəfindən evlərində paylanıldı.
Məlumat ücün bildirək ki,bu aksiyamıza “Paşa Həyat Sığorta” ASC də qoşulmuş,uşaqlara isti geyimlərin alınmasında dəstək olmuşdular. Ümumilikdə bu ilki aksiyamızdan 120 nəfər bəhrələnmişdi. Uşaqların sevincinə səbəb olan hər iki təşkilat təhbərliyinə təşəkkürlərimizi bildiririk