Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Prezidenti, Millət Vəkili
Dr. Novruz Aslanova
Hörmətli Novruz müəllim.
Sizi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün əməkdaşlarını, üzvlərini və könüllülərini 10 mart « Qızıl Aypara » günü münasibətilə təbrik edirəm.
101 yaşını qeyd edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən qocaman institutlarından biri olaraq bütün xalqımızın qürur mənbəyidir. Bu şərəfli təşkilat, 101 il ərzində öz humanitar fəaliyyətləri ilə minlərlə insanın ümid yerinə çevrilmişdir.
Ötən il baş verən Vətən Müharibəmizdə də, Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz mandatı və vəzifəsi üzrə gərgin vəziyyətdə çalışaraq müharibədən zərər çəkmiş insanların yanında olmuşdur. Bu gərgin yardım əməliyyatlarında həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal konüllülərindən biri öz həyatını itirmişdir.
Tam əminəm ki, tezliklə Azərbaycan Qızıl Aypara Cəmiyyəti güclü donor təşkilatı kimi nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində humanitar missiyalar həyata keçirməyə nail olacaq.
Sizə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işgüzar kollektivinə möhkəm can sağlığı və həyata keçirdiyiniz humanitar fəaliyyətlərdə daha böyük nailiyyətlər arzulayıram.
Hörmətlə,
Bayram Vəliyev
BQXK-nin Ukraynada əməkdaşlıq üzrə nümayəndəsi