Mart ayının 10-da AzQAC-ın Baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovla Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas arasında görüş baş tutub. Görüşü giriş sözü ilə açan Novruz Aslanov AzQAC-ın yaradılmasının 101-ci ildönümü günündə baş tutan bu görüş üçün Səfirə təşəkkürünü bildirib.
2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı həyata keçirilən layihələrdən geniş sözbət açan Novruz Aslanov COVİD-19 pandemiyası mövzusunda əhalinin maarifləndirilməsi sahəsində, miqrant ailələrinə göstərilən psixoloji dəstək və Könüllü Psixoloji Dəstək Qrupunun yaradılması, təlimatlandırılması,onlara Azərbaycan dilinin təmənnasız öyrədilməsi sahəsində görülən işlərdən danışıb.Eyni zamanda Novruz Aslanov qeyd edib ki, Avropa Birliyi ilə istər dövlət səviyysəində, istərsədə milli cəmiyyət səviyyəsində sıx əməkdaşlıq mövcuddur və bu qarşılıqlı işgüzar əməkdaşlığın davam etməsi təqdirəlayiqdir.
Səfir də öz növbəsindəQızıl Aypara günü münasibətilə Milli Cəmiyyətin əməkdaşlarını təbrik edib və humanitar fəaliyyətlərdə uğurlar arzulayıb. Görüşdə gələcək əməkdaşlığın perspektivləri, humanitar sahədə qarşılıqlı münasibətlər müzakirə olunub. Sonda Novruz Aslanov Səfir Kestutis Yankauskasa Qızıl Ayparanın Yubiley medalını təqdim edib.