2021-ci il mayın 6-da AzQAC-ın baş ofisində Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Təhlükəsiz Yetişmə Konsepsiyasına dair seminar keçirilmişdir. Seminarda konsepsiyanın məqsədləri, təhlükəsiz yetişmə prosesi, təhlükəsiz yetişmənin fəaliyyət planı haqqında geniş məlumat verilmişdir.
Təqdimatda AzQAC-ın əməkdaşlarının və könüllülərinin humanitar fəaliyyətləri həyata keçirdikləri zaman əməl etməli olduqları təhlükəsizlik qaydaları geniş izah olunmuşdur. Bu konsepsiyada Milli Cəmiyyətin siyasətlərinə, strateji planına, strukturlarına, sistemlərinə, proqramlarına və praktikasına inteqrasiya edilməsi nəzərdə tutulan yanaşma öz əksini tapmışdır.