2020 ci il yanvar ayından ÜST tərəfindən dünyada COVİD 19 pandemiyası ilə əlaqədar, içtimai səhiyədə Fövqəladə vəziyyət elan edilmişdir. Bununla bağlı dünyada COVİD-19 pandemiyasına cavab tədbirlərinin aparılması üçün səhiyyə sistemində, bir çox sahələrdə olduğu kimi mütəxəssislərin bilikli və səriştəli olmasına böyük ehtiyac yaranmışdı.
Bu vəziyyət Azərbaycanda baş vermişdir. Ölkə üçün çətin bir vaxtda, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirən, UNİCEF –in Azərbaycandakı Nümayyəndəliyi və Təbib tərəfindən icra olunan ÜST-n texniki dəstəyilə həyata keçirilən “Proact Təlim” Proqramı həyata keçirilməsi səhiyyəmizə böyük bir dəstək oldu. Bu Proqram COVİD-19 pandemiyasına qarşı profilaktik və cavab tədbirləri üzrə səhiyyə işçilərinin potensialını, bilik və bacarıqlarının artırmaq məqsədini daşıyır. Proqram çərçivəsində Türkiyyənin mütəxəssislərinin iştirakı və dəstəyi ilə Azərbaycanda Davamlı tibbi təsil əsaslı olan COVİD-19 dair 10 kurs üzrə təlimlər yaradılmış 12 təlim mərkəzlərində 32 nəfər təlimatlandırılan yerli həkim təlimçilər qrupu tərəfindən həyata keçirilir. Təlimlərə həkimlər, tibb başıları, əçzaçılar və səhiyyə sistemində işləyən sürücülər cəlb olunur. Kurslar : infeksiyaların profilaktikası və onlara qarşı mübarizə,
risk kommunikasiyasının aparılmasının əsasları, COVİD-19 xəstəlik hallarının fərdi idarə olunması,
təmas qruplarının epidemioloji izlənməsi, tibbi yardımın aparılması, xəstəxanaların FH hazırlığı kimi mövzularda tibb işçilərinin bilik və bacarıqlarının artırılmasını təmin edir. Kursların özəliyi ondan ibarətdir ki, burada mövzuya aid yeni məlumatlara dair təqdimatlarla yanaşı praktiki məşğələlərə də yer ayrılır. Bununla bağlı da kurs iştirakçıları təlimlərdə əldə edən bu bilik və bacarıqları onlar üçün çox maraqlı və faydalı olduqlarını, belə kursların davamlı olmasını kursun qiymətləndirilmə sorğularda qeyd etmişlər.
Kurs 10 – COVID- 19 xəstəliyi ilə əlaqədar olan təməl bilik və bacarıqlara yiyələndirmək, özü, uşaq və yeniyetmələri, iş yoldaşlarını, icma üzvlərini qorumaq və cəmiyyət daxilində xəstəliyin yayılmasının qarşısını almağa istiqamətlənmiş davranışlarını inkişaf etdirmək və bu davranışlar ilə uyğun risk kommunikasiyası fərqindəliyini təmin etmək məqsədini daşıyır. Kurs 10 keçən məktəb tibb işçiləri gələcəkdə məktəbdə və məktəbdən kənar COVİD-19 mübarizə tədbirlərini AzQAC yerli Region Mərkəzlər və Rayon Bölmələri ilə birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu fəaliyyət UNİCEF Azərbaycandakı Nümayyəndəliyinin dəstəyi ilə keçirilir. Kurslarda uşaq və yeniyetmələr üçün UNİCEF, AzQAC, BQX/QACF hazırladığı əyani vasitələr nümayiş edilərək, istifadə etmək qaydaları barədə də məlumatlar təqdim edilir.
2021 il aprel ayından başlayan Kurs 10 Bakı, Sumqayıt, Şamaxı, Mingəçevir, Gəncə şəhərlərində, eləcə də Şirvan və Biləsuvar rayonlarında keçirilmişdir. Bu müddət ərzində 187 nəfər məktəbdə çalışan həkim və tibb bacıları üçün 25 kurs təşkil olunmuşdur. May ayının sonuna qədər Şəki və Quba rayonlarında keçirilməsi nəzərdə tutulur. Kurs 10 keçirilən keçirilən şəhər və rayonlarda fəaliyyət göstərən AzQAC-in nümayyəndələri təlimlərə dəvət olunmuş və fəaliyyətlərin necə aparılması barədə məlumatlar səsləndirilmişdir, əlaqələrin qurulmasına və gücləndirilməsinə imkan yaradılmışdir.
Belə ki, AzQAC-in Mingəçevir və Gəncə şəhər Bölmələrinin nümayyəndələri və könüllüləri Kurs 10 keçən tibb bacılarıilə birgə məktəblərdə COVİD-19 qorunma tədbirləri, risk kommunikasiyasına dair fəaliyyətləri həyata keçirmişlər.
COVID-19 pandemiyasına uyğunlaşma, tibb işçilərin, icma üzvlərinin potensialını artırmaq tədbirlərinin həyata keçirilməsi gələcək nəsillər üçün daha yaxşı, təhlükəsiz dünyanın yaradılması üçün istifadə edilə bilər.