Qeyri-rəsmi səfər çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş İdarəsində olan Francesco Roccanı AzQAC-ın prezidenti, millət vəkili cənab Novruz Aslanov qəbul etdi. Görüş zamanı Cəmiyyətin prezidenti BQXK/QAC Federasiyasının prezidentini həm ölkəmizə, həmdə Milli Cəmiyyətə təşrif buyurmasından məmnun olduğunu bildirdi. Federasiyanın Milli cəmiyyətlə olan qarşılıqlı humanitar fəaliyyətini yüksək qiymətləndirdi. Novruz Aslanov bildirdi ki, bunun bariz nümunəsi olaraq, Federasiyanın ofisinin Azərbaycanda yenidən bərpa olunması həm Beynəlxaq Federasiya, həm də Milli Cəmiyyət arasında humanitar sahədə olan fəaliyyətlər bundan sonrada davam etdiriləcəkdir. Cənab Rocca öz növbəsində Bakıda və Milli Cəmiyətdə olmağından məmnunluq hissi keçirdiyini bildirdi. Cəmiyyətin prezidenti millət vəkili Novruz Aslanova qeyri-rəsmi olsa da görüşə və xoş münasibətə görə təşəkkürünü bildirdi. Səfərin növbəti günü hər iki qurumun rəhbərləri Beynəlxaq Federasiyanın Bakı ofisinin açılış mərasimində iştirak etdilər.