IMG_20211105_150354

AzQAC-ın Baş ofisində bütün kollektivin iştirakı ilə iclas keçirildi

İclası giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin əməkdaşlarının istər pandemiya, istərsə də 44 günlük müharibə dövründə yüksək səviyyədə fəaliyyət göstərdiklərini söylədi. Milli Cəmiyyətin bütün heyətlə ehtiyaclı insanların yanında olduğunu bildirdi. AzQAC-ın kollektivinin işini yüksək qiymətləndirən prezident onların fasiləsiz olaraq fəaliyyət göstərdiklərini xüsusi olaraq qeyd etdi.

Xüsusilə müharibə dövründə çətinliklərə baxmayaraq bütün işlərin öhdəsindən gəlindiyini bildirdi. Bu dövr ərzində AzQAC-ın könüllülərinin fəaliyyətinin də yüksək səviyyədə təşkil olunduğunu deyən natiq, hətta, bir nəfər könüllümüzün- Mustafayev Məhərrəmin öz humanitar missiyasını yerinə yetirərkən dünyasını dəyişdiyini və iki nəfər könüllümüzün isə yaralandığını xüsusi olaraq qeyd etdi.

44 günlük müharibə dövründə həyatlarını itimiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Dr.Novruz Aslanov  tərəfdaşlarımızla əməkdaşlığın yüksək səviyyədə qurulmasından , Cəmiyyət tərəfindən pandemiya dövründə öz missiyasına və mandatına uyğun olaraq, əhali arasında maarifləndirmə işi aparmış, ehtiyaclı insanlara, tənha, kimsəsiz, yaşı 65-dən yuxarı olan qocalara, miqrantlara humanitar yardımlar paylanılmasını və  humanitar faəliyyətlərin aparılmasını çox yüksək qiymətləndirdi.

Cənab Novruz Aslanov eyni zamanda çıxışında bildirdi ki,  44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı ərazilərdə zərər çəkmiş mülki əhaliyə ərzaq, qeyri-ərzaq, sanitar-gigiyenik məhsullar, yataq və mətbəx dəstləri ilə dəstək olunmuşdur. Bu humanitar missiyanın həyata keçirilməsində AzQAC fasiləsiz olaraq fəaliyyət göstərmişdir.

Dr.Novruz Aslanov  müharibə dövründə isə BQXK-nın öz mandatına və missiyasına uyğunu olaraq fəaliyyətini təşkil etdiyini söylədi. Xüsusi ilə Komitənin dəstəyi ilə yaradılan AzQAC-ın Fövqəladə Mobil Könüllü Dəstələrinin bu vaxt ərzində fəalyyətini yüksək qiymətləndirdiyini söylədi.Eyni zamaan Beynəlxalq Federasiyanın işini , dəstəyini çox yüksək qiymətləndirdiyini bildirdi.

Həmçinin, istər istər pandemiya, istərsə də 44 günlük müharibə dövründə zərərçəkən ehtiyaclı insanlara Türkiyə Qızıl Ay Cəmiyyətinin də dəstək olduğunu bildirdi.

Bundan sonra da fəaliyyətlərin yüksək səviyyədə davam etdiriləcəyini bildirən prezident müharibə zamanı zərərçəkmiş ərazilərdə gələcəkdə də humaitar layihələrin həyata keçiriləcəyini söylədi.

Daha sonra söz AzQAC-nin vitse-prezidenti Qafar Əsgərzadəyə verildi.Qafar Əsgərzadə öz növbəsində AzQAC humanitar missiyasını bu dövrlərdə yüsək səviyyədə davam etdirdiyini bildirdi.İstər pandemiya dövründə istər növbəti dövrdə Novruz Aslanovun başçılığı ilə  qərargah yaradıldı və bütün AzQAC-nin  işçilər bu işlərə fədakarlıqla səfərbər olundu.

Daha sonra söz  AzQAC-nin icraçı katibi Ceyhun Mirzəyevə verildi. İcraçı katib bildirdi ki, katiblik Novruz Aslanovun dəstəyi ilə bu işlərin öhdəsindən layiqincə gəldiyini söylədi istər covid 19  dövründə istərsə də 44 günlük müharibə dövründə.

Novruz Aslanov sonda mövcud vəziyyətlə əlaqədar olaraq öz tapşırıq və göstərişlərini aidiyyatı şöbələrə verdi.IMG_20211105_150428 IMG_20211105_150512 IMG_20211105_150728 IMG_20211105_153609 IMG_20211105_155641

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.