WhatsApp Image 2021-12-11 at 18.10.09

‘Fövqəladə hallar zamanı yerli icmaların sağlamlıq üzrə dayanıqlığının gücləndirilmasi’ layihəsi çərçivəsində təqdimat keçirildi

28-30 noyabr tarixlərində Mingəçevir şəhərində  AzQAC-nin ‘Fövqəladə hallar zamanı yerli icmaların sağlamlıq üzrə dayanıqlığının gücləndirilmasi’ layihəsinin menegeri Samirə Həsənli Epidemiya/Pandemiyaya cavab, hazırlıq və nəzarət adlı təqdimat keçirdi. Təqdimatda AzQAC-nin Mingəçevir, Ağdaş, Qax, Şəki, Tovuz və Gəncə şəhərindən olan  nümayəndələr  iştirak etdi. 01-02 dekabr tarixlərində isə Mingəçevir və Şəki icmaları ziyarət olundu və icmalardakı AzQAC-nin  könüllüləri  tərəfindən təşkil  olunmuş icmalara yönəlmiş maarifləndirmə işlərinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət həyata keçirildi.
Eyni adlı təqdimat həmçinin 8-9 dekabr tarixlərində Sumqayıt şəhərində  AzQAC-nin Sumqayıt, Lənkəran, Astara, Sabirabad, Xaçmaz və İsmayıllı rayon üzvləri və könüllüləri üçün keçirildi. Təqdimatda mövzuya dair qrup tapşırıqları yerinə yetirildi, sual və təkliflər müzakirə olundu.Capture IMG_20211129_141621 IMG_20211130_113326 IMG_20211130_113531 WhatsApp Image 2021-12-11 at 18.10.09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.