foto (5)

AzQAC Sumqayıt bölməsi könüllülərinin növbəti uğuru

SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışması keçiril­ib.
Keçirilən bilik yarışına Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, “Azərikimya” İB-nin, Sumqayıt Dövlət Universitetinin,  YAP Sumqayıt şəhər təşkilatının, şəhər təhsil şöbəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifi­kat­laş­dırma İda­rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Bakı Ali Neft Məktəbinin, H.Əliyev adına Bakı Neft Emalı zavodunun, “N” saylı hərbi hissənin, “Asan Xidmət”in və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılmışdı. Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Breyn-Rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilmişdi. Üç mərhələdən ibarət olmaqla  dörd  saata qədər davam edən bilik yarışmasında yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik edib, onlara yeni-yeni  qələbə sevincləri arzulayıb. Bilik yarışmasında birinci yeri tutaraq qalib olan AzQAC Sumqayıt şəhər bölməsinin komandasına  o cümlədən, digər finalçılara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitə­si tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub20151117_171727 DSCN2507 DSCN2573 DSCN2596 foto (1) foto (5) foto (10) (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.