Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sabirabad rayon bölməsinin işçi və könüllülərindən ibarət əməkdaşlar 18-19 noyabr 2015-ci il tarixlərində Sabirabad Dövlət İqtisad Kollecində “İnsan alverinə qarşı mübarizə” və miqrasiya mövzusunda olan növbəti maarifləndirmə seminarları təşkil etmişlər. Seminarı giriş sözü ilə kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Adışirin Qurbanov açaraq tədbir iştirakçılarının salamladı. Sonra rayon bölməsinin Gənclər üzrə baş təlimatçısı İlham İsgəndərov seminarda necə iştirak etmək və necə təbliğat aparmaq haqqında iştirakçıları təlimatlandırdı.
Daha sonra söz AzQAC Sabirabad rayon bölməsinin sədri Ağamirzə Həsənova verildi. O, bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyidən danışdı.
Sonra isə bölmənin İnformasiya üzrə təlimatçısı Alim Nurömər Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında, “İnsan alverinə qarşı mübarizə”, onların qarşısının necə alınması və miqrasiya ilə bağlı iştirakçılara ətraflı məlumat verdi