BMT-in Baş Məclisi 20 noyabr 1989-cü ildə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul etmişdir. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərrin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-in “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. Uşaq Hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş, sənəd olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya həm də uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanova Azərbaycanda yaşayan uşaqların hüquqlarının qorunması dair geniş fəaliyyətləri həyata keçirir. Onun təşəbbüsü əsasında 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu tədbirlər çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri yerli qurumlarla birgə uşaq hüquqları üzrə maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir.
Belə ki, Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon Bölməsi və rayonda fəaliyyət göstərən yerli təşkilatlarla birgə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 113 saylı tam orta məktəbə silsilə tədbirlər təşkil olunmuşdur. 2015-il 11 noyabr tarixində təşkil olunan tədbirdə məktəbdə uşaq hüquqlarına aid rəsmləri nümayiş edilmişdir. Bununla yanaşı məktəblilər uşaq hüquqlarına dair səhnəciklər nümayiş olunmuşdur. Məktəbin rəhbərliyi Ümumdünya Uşaqlar Günü ilə bağlı uşaqların inkişafına təsir edici növbəti seminarın keçirilməsi isə AzQAC-nin Sabunçu rayon bölməsinə təklif edilmişdir.
Bununla bağlı, 2015-ci il noyabr ayının 20-də AzQAC-nin Sabunçu Rayon Bölməsinin təşkilatçılığı və dəstəyi ilə adı çəkilən məktəbdə şagirdlərə Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatına dair seminar keçirilmişdir. 8-9 cu sinif şagirdlərinə Beynəlxalq Qızıl Xaç/Aypara hərəkatın yaranması, fəaliyyətləri və prinsipləri haqqında məlumatlar geniş şəkildə çatdırıldı. Təqdimatdan sonra uşaqlar 7 qrupa bölünərək, Hərəkatın prinsiplərinə dair səhnəciklərin hazırlanması tapşırığını işlədilər. Hər qrupun öz tapşırığını yaradıcı bacarıqlarını istifadə edərək, böyük həvəslə hazırladıqları müşahidə edildi. Uşaqların məharətlə hər prinsipi nümayiş etdirməsi iştirakçılar tərəfindən bəyənilib, xoş qarşılandı. Seminarda iştirak edən müəllimlər və şagirdlər belə seminarların mütəmadi keçirilməsi arzusunu bildirdilər