17 fevral 2022-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdaş rayon bölməsi tərəfindən “Yerli İcmaların Fövqəladə Hallar Zamanı Sağlamlıq üzrə Dayanıqlığının Gücləndirilməsi” layihəsi çərçivəsində fevral ayının planına uyğun olaraq Qolqəti kənd icmasında “Psixososial Dəstək” təlimi keçirildi. Sonda bu ay üçün planlaşdırılmış 2 xəstəlik (qızılca və difteriya) haqqında icma könüllülərinə geniş məlumat verildi və xəstəliklər haqqında broşur və bukletlər paylanıldı.